İran qüvvələri regiondakı bütün ABŞ bazaları və İsrail ordusunun toplaşma nöqtələrini vurub
18 Mart 2026 15:51   Paylaş

SEPAH bütün ABŞ hərbi bazaları və İsrail Silahlı Qüvvələrinin toplaşma nöqtələrinin vurulduğunu bəyan edib.

"Stabil.az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, həyata keçirilən 62-ci hücum dalğası çərçivəsində ABŞ hərbi obyektləri, həmçinin İsrail ordusunun Tel-Aviv, Hayfa və digər şəhərlərdə yerləşən toplaşma məntəqələri və dəstək mərkəzləri hədəfə alınıb.

Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol