İran Prezidenti Azərbaycana dəstəyinə görə təşəkkür edib
11 Fevral 2026 14:12   Paylaş

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib.

"Stabil.az" xəbər verir ki, Pezeşkian bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ilə bağlı yürüş zamanı xalq qarşısında çıxışında deyib.

O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur:

“Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edirdilər, narahatlıqlarını, qayğılarını, mövqelərini ifadə edirdilər”.

Pezeşkian Azərbaycan və Azərbaycan Prezidentinə, eyni zamanda, Türkiyə Prezidenti və xarici işlər nazirinə təşəkkür edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol