İran Prezidenti: ABŞ razılaşmaya sadiq qalarsa, Tehran da öhdəliklərini icra edəcək
ABŞ anlaşma memorandumuna sadiq qalacağı təqdirdə, İran da öz öhdəliklərini yerinə yetirəcək.
"Stabil.az" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial media hesabında paylaşım edib.
"Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik", - M. Pezeşkian qeyd edib.
O, ABŞ-nin "məntiqsiz meydan oxumaları"na və "əsassız təhdidlər"inə qarşı İranın yanaşmasının rasionallıq olduğunu bildirib.
Qeyd edək ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşüb. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai daha əvvəl Vaşinqtonla Tehran arasında heç bir səviyyədə danışıqlar aparılmayacağını açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





