İran: Nüvə razılaşması sanksiyaların ləğvini əhatə etməlidir
Tehran ABŞ ilə nüvə proqramı üzrə razılaşmada sanksiyaların aradan qaldırılmasının zəruri olduğunu açıqlayıb.
"Stabil.az"ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai bildirib.
"İstənilən sazişin və ya razılaşmanın elementlərinə gəldikdə - son adından asılı olmayaraq - belə müqavilənin əsasının sanksiyaların ləğvi olacağı tamamilə aydındır.
Bunun müqabilində İran özünün nüvə proqramının heç vaxt hərbiləşdirməyə yönəlməməsini təmin etmək üçün addımlar atacaq", - Xarici İşlər Nazirliyinin Mətbuat xidməti diplomatın sözlərini sitat gətirib.
Baqainin sözlərinə görə, bu iki komponent hər iki tərəf tərəfindən nəzərdən keçirilə və qəbul edilə bilən hər hansı razılaşmanın əsasını təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





