İran Küveyt, İordaniya və Bəhreyndə ABŞ hədəflərini vurduğunu bildirib
18 İyul 2026 11:22   Paylaş

ABŞ-nin hücumlarına cavab olaraq Küveyt, İordaniya və Bəhreyndəki ABŞ hədəflərinə gecə saatlarında raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

"Stabil.az" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, İran ordusu Küveytdə əl-Udeyri bazasındakı sursat anbarını, Əli əs-Salim bazasındakı komanda mərkəzlərini və sursat anbarlarını, eləcə də bir neçə körpünü hədəfə alıb. Həmçinin əl-Əhmədi limanındakı ABŞ donanmasının yanacaq platformasının da vurulduğu bildirilib.

Eyni zamanda, İordaniyanın əl-Əzraq bazasındakı ABŞ ordusunun yanacaq anbarlarının PUA-larla hədəfə alındığı bildirilib.

Bəhreyndəki Şeyx İsa bazasında ABŞ hərbi təyyarələrinin müşahidə mərkəzinin də SEPAH tərəfindən vurulduğu barədə məlumat yayılıb. 



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol