İran Küveyt aeroportuna və Fars körfəzindəki tankerə PUA zərbəsi endirib
1 Aprel 2026 13:48   Paylaş

Küveyt Beynəlxalq Hava Limanı aprelin 1-də İranın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yanacaq çənlərində güclü yanğınla üzləşib.

"Stabil.az" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəsmi nümayəndəsi Abdulla Əl-Raciyə istinadən məlumat yayıb.

"Hücumun hədəfi yanacaq çənləri olub. Bu da hadisə yerində böyük yanğına səbəb olub, ölən olmayıb", - o bildirib.

Britaniya Dənizçilik Agentliyindən qeyd olunub ki, Fars körfəzində Doha (Qətər) sahillərində neft tankerinə hücum edilib.

Qurumun məlumatına görə, gəminin gövdəsi sol tərəfdən zədələnib. Ekipaj xəsarət almayıb.

Qeyd olunub ki, neft sızması qeydə alınmayıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol