İran kriptovalyuta vasitəsilə Hörmüz tranzit rüsumunu almağı nəzərdə tutur
8 Aprel 2026 17:58   Paylaş

İran tranzit rüsumlarını kriptovalyuta ilə almaq niyyətindədir, bu isə Hörmüzdən keçən gəmilərə şamil ediləcək.

"Stabil.az" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi Həmid Hüseyniyə istinadən məlumat yayıb.

"İran boğaza daxil olan və çıxan yüklərə nəzarət etməlidir ki, bu iki həftə silah daşınması üçün istifadə olunmasın", - Hüseyni qeyd edib.

Onun sözlərinə görə, hər bir tanker hakimiyyət orqanlarına elektron məktub göndərməklə öz yükü barədə bildirməlidir. Bundan sonra isə İran onları rüsum barədə məlumatlandıracaq. Rüsum rəqəmsal valyutalarda ödənilməlidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol