İran keçmiş MMA çempionunu casusluq ittihamı ilə edam edib
26 May 2026 16:10   Paylaş

İranda keçmiş MMA çempionu və beynəlxalq hakim Qolamrza Xani Şəkərab casusluq və İsrail kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə edam olunub.

"Stabil.az" "Fars" agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İran hakimiyyəti Şəkərabı İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda və təxribat şəbəkəsinin fəaliyyətində iştırakda təqsirli bilib.

Hökm ölkənin məhkəmə instansiyaları tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Qeyd edək ki, 34 yaşlı Qolamrza Xani Şəkərab keçmiş MMA çempionu, məşqçi və beynəlxalq hakim olub. O, həbsdən əvvəl Türkiyədə yaşayırdı və ötən il İraqa səfəri zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol