İran İordaniyada ABŞ radar sisteminə dronla zərbə endirib
7 Mart 2026 13:44   Paylaş

İran pilotsuz uçuş aparatı ilə İordaniyadakı ABŞ THAAD radarını hədəf alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Amerika rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ zədələnmiş avadanlığı əvəz etmək üçün tələsik addımlar atır.

Bildirilir ki, radarın qiyməti təxminən 500 milyon dollar təşkil edir.

Qeyd olunur ki, İranla hərbi əməliyyatların ilk günündən etibarən Əmmandan təxminən 100 km məsafədə yerləşən ABŞ bazası Tehranın zərbələrinin hədəfi olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol