İran Bəhreyndəki ABŞ donanmasına PUA ilə hücum etdi
10 İyun 2026 09:38   Paylaş

İranın Hərbi Dəniz Qüvvələri ABŞ-nin hücumlarına cavab olaraq, Bəhreynin beşinci hərbi donanmasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

"Stabil.az" xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH bildirib ki, ABŞ-nin hücumları Sirikdəki telekommunikasiya qülləsinə zərər vurub və iki su çəni məhv edilib.

SEPAH ABŞ-ni "daha sərt cavab tədbirləri" ilə bağlı xəbərdarlıq edib.

İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı ABŞ-nin bölgədəki bir neçə bazasına hücum edildiyini bildirib. İran mediasının məlumatına görə, hücumlar ABŞ-nin İranın cənubuna endirilmiş zərbələrə cavabdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol