İran BƏƏ-dən ABŞ hücumlarına yardımına görə təzminat tələb edir
19 Mart 2026 14:27   Paylaş

İran BƏƏ-ni ABŞ-nin İran ərazisinə hücumlarına kömək etməkdə ittiham edərək təzminat tələb edir.

"Stabil.az" "Nournews"a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.

"BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və mənəvi ziyanı ödəməlidir", - məktubda deyilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol