İran ABŞ-nin İordaniya və Bəhreyndəki aviabazalarını dronlarla vurub
İran İordaniya və Bəhreyndə yerləşən ABŞ aviabazalarına dron hücumları həyata keçirib.
"Stabil.az" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məlumatında deyilir.
"Səhər saatlarında ordu Əzraqdakı (İordaniya) "Müvəffəq Salti" bazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına dronlar vasitəsilə zərbələr endirib. Bundan başqa, Bəhreyndəki "İsa" aviabazasında ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına, həmçinin ağır aviasiyaya texniki xidmət və təmir anqarlarına dron zərbələri endirilib", - telekanal qeyd edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





