İran ABŞ ilə müharibənin bitməsi üçün şərt irəli sürdü
12 Mart 2026 22:00   13 Mar 2026 01:35 Paylaş

İran ABŞ ilə savaşın tezliklə yekunlaşmasına imkan verməyəcək.

"Stabil.az" xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanı "X"dəki hesabında yazıb.

"Tramp "biz bu müharibəni tez qazanmalıyıq" deyib, amma savaşı başlatmaq asan olsa da, "Twitter"də ("X" – red.) bir neçə paylaşımla yekunlaşdırmaq olmur" , - Laricani bildirib.

İranın Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ilə savaşı bitirməyin şərtini də açıqlayıb:

"Səhvinizi etiraf edib, buna görə cavab verməyənə qədər sizi buraxmayacağıq".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol