İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda irimiqyaslı layihələrə hazırlaşır
3 Fevral 2026 15:28   Paylaş

Gürcüstan Cənubi Qafqaz kimi dünyanın ən mürəkkəb regionlarından birində iddialı layihələr həyata keçirməyi planlaşdırır.

"Stabil.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan nəqliyyat infrastrukturunun hərtərəfli modernləşdirilməsi məqsədilə 7 milyard dollar vəsait ayırıb və hər il ümumi daxili məhsulun 7–8 faizini bu sahəyə yönəldir.

Baş nazir qeyd edib ki, əsas dəmir yolu şəbəkəsinin tam modernləşdirilməsi artıq başa çatdırılıb, onun ötürücülük qabiliyyəti iki dəfə artırılıb və ölkə daxilində tranzit müddəti əhəmiyyətli dərəcədə azaldılıb. O vurğulayıb ki, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Xəzər hövzəsi ilə beynəlxalq bazarlar arasında Gürcüstan üzərindən birbaşa və etibarlı əlaqəni təmin etməklə regional dəmir yolu əlaqələrinin daha da güclənməsinə töhfə verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol