İqtisadiyyat Nazirliyi, SOCAR və bp arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bp şirkəti ilə gələcək əməkdaşlıq perspektivlərini əks etdirən Anlaşma Memorandumuna imza atıblar.
"Stabil.az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BP-nin baş icraçı direktoru xanım Meq O"Nillə görüş çərçivəsində "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə sənədlər imzalandı. İqtisadiyyat Nazirliyi ilə "BP Exploration Limited" şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində nazirliyin yeni yaratdığı HPC infrastrukturunun BP şirkətinin təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur. "BP Exploration Limited" şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək",-deyə nazir qeyd edib.



Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




