İordaniya ordusu İranın atdığı 8 raketi zərərsizləşdirib
9 İyul 2026 17:09   Paylaş

İordaniyanın Hava Hücumundan Müdafiə sistemləri İran tərəfindən ölkə ərazisi istiqamətində buraxılan 8 raketi zərərsizləşdirib, hadisə nəticəsində itki olmayıb.

"Stabil.az" bu barədə yerli “Petra” informasiya agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlərin məhv edilməsi zamanı onların qalıqları müxtəlif ərazilərə düşüb.

Bildirilib ki, insident nəticəsində ölən və ya yaralanan olmayıb, əmlaka ziyan dəyməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol