İordaniya kralı Türkiyədə rəsmi səfərdə olacaq
7 Fevral 2026 09:42   Paylaş

İordaniya kralı II Abdullah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti, regionda baş verən son proseslər, eləcə də sabitliyin təmin olunması üçün görülə biləcək tədbirlər müzakirə ediləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol