İnter Mayami Kevin De Brüynenin transferi ilə maraqlanır
3 Avqust 2026 17:15   Paylaş

ABŞ təmsilçisi "İnter Mayami" "Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüyneni transfer etməyi planlaşdırır.

"Stabil.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Şimali Amerika təmsilçisi 35 yaşlı futbolçunu Lionel Messi, Luis Suares və Rodriqo De Paul ilə eyni komandada oynatmaq niyyətindədir.

2025-ci ilin yayında "İnter Mayami" və "San-Dieqo" klublarının təcrübəli oyunçuya maraq göstərdiyi bildirilsə də, yarımmüdafiəçi həmin vaxt karyerasını Avropada davam etdirməyə qərar vermişdi. Hazırda belçikalı futbolçunun MLS-ə keçidi yenidən aktualdır. "İnter Mayami" ilə yanaşı, "Çikaqo Fayr" və "San-Dieqi" da onu heyətlərində görmək istəyir.

Qeyd edək ki, Kevin De Brüyne 2025/2026 mövsümündə bütün turnirlərdə 21 matçda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol