“İnter” İtaliya Kubokunu qazanaraq “qızıl dubl”a nail olub
14 May 2026 11:47   Paylaş

"İnter" İtaliya Kubokunun finalında "Latsio" komandasına 2:0 hesabı ilə qalib gələrək mövsümün ikinci titulunu qazanıb.

"Stabil.az" xəbər verir ki, Milan təmsilçisi daha əvvəl A Seriyasının da qalibi olmuşdu. Bununla “neradzurri” cari mövsümdə həm ölkə çempionatını, həm də İtaliya Kubokunu qazanmağa nail olub.

"İnter" sonuncu dəfə bir mövsümdə hər iki titulu 2010-cu ildə əldə etmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol