"İnter"in ulduzu üçün Premyer Liqa iddiası: Denzel Dumfris İngiltərəyə yollana bilər
İtaliyanın "İnter" klubunun müdafiəçisi Denzel Dumfrisin gələcək karyerasını İngiltərə Premyer Liqasında davam etdirə biləcəyi iddia olunur.
"Stabil.az" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "Liverpul" rəhbərliyi niderlandlı futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır.
Oyunçunun müqaviləsində 25 milyon avro təzminat məbləği qeyd olunub. Müdafiəçi 2021-ci ilin yayından İtaliya klubunun şərəfini qoruyur.
Qeyd edək ki, D.Dümfris cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 28 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





