İngiltərədə sərnişin qatarları toqquşub, bir nəfər həlak olub, 89 nəfər yaralanıb
İngiltərənin Bedford şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər həyatını itirib, 89 nəfər xəsarət alıb.
"Stabil.az" "The Telegraph"a istinadən xəbər verir ki, bu barədə Şərqi İngiltərə Təcili Yardım Xidmətindən bildirilib.
Məlumata görə, yaralılardan 11 nəfərin həyatı üçün təhlükə var, daha 22 nəfərin isə xəsarəti ciddidir.
56 sərnişinə yüngül xəsarət diaqnozu qoyulub, bir nəfər hadisə yerində dünyasını dəyişib.
İnsidentin bütün hallarının müəyyən edilməsi üçün araşdırma davam edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





