İngiltərə Premyer Liqasında “Arsenal” favorit olaraq görünür
“Opta” superkompüteri İngiltərə Premyer Liqasının 25 turundan sonra mövsümün qalibi olmağa namizəd komandaları açıqlayıb.
"Stabil.az" xəbər verir ki, hesablamalara görə, əsas favorit “Arsenal”dır. London təmsilçisinin çempionluq şansı 91,41 faiz olaraq qiymətləndirilib.
İkinci yerdə “Mançester Siti” (7,09 faiz), üçüncü pillədə isə “Aston Villa” (1,36 faiz) qərarlaşıb.
Hazırda turnir cədvəlində 56 xalla “Arsenal” liderdir. London klubu ən yaxın izləyicisi “Mançester Siti”ni 6 xal qabaqlayır, “Aston Villa” isə 47 xalla ilk “üçlüy”ü tamamlayır. Son çempion “Liverpul” 39 xalla altıncı sıradadır.
Qeyd edək ki, “Arsenal” sonuncu dəfə Premyer Liqa çempionluğunu 2004-cü ildə qazanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





