İngiltərə Premyer Liqası: Çelsi Tottenhem üzərində qələbə qazanıb
20 May 2026 09:43   Paylaş

"Çelsi" İngiltərə Premyer Liqasının XXXVII turunun son oyununda "Tottenhem" üzərində 2:1 hesablı qələbə qazanıb.

"Stabil.az"ın məlumatına görə, oyun Londondakı "Stemford Bric" stadionunda baş tutub.

"Çelsi"nin heyətində Entso Fernandes (18-ci dəqiqə) və Andrey Santos (67-ci dəqiqə) fərqləniblər. "Tottenhem"in yeganə qolunu isə Rişarlison (74-cü dəqiqə) vurub.

"Çelsi" bu qalibiyyətlə Premyer Liqada yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub və 52 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Komanda son turda səfərdə "Sanderlend"lə qarşılaşacaq.

"Tottenhem" yarış cədvəlində 38 xalla 17-ci yerdədir və "Vest Hem"dən iki xal irəlidədir. Son turda "Tottenhem" "Everton"u, "Vest Hem" isə "Lids"i qəbul edəcək. Matçların hamısı mayın 24-də baş tutacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol