İndoneziyada gəmidə baş verən partlayışda 15 nəfər xəsarət alıb
12 İyun 2026 16:37   Paylaş

İndoneziyanın Ulee-Lheue limanında lövbər salmış "Aceh Hebat 2" gəmisinin mühərrik bölməsində baş verən qəfil partlayış nəticəsində 15 nəfər yaralanıb

"Stabil.az" xəbər verir ki, bu barədə İndoneziya mediası məlumat yayıb.

"Dənizçilik Politexnik Kollecinin 14 tələbəsi və AH2 gəmisinin heyətinin bir üzvü xəsarət alıb - ümumilikdə 15 nəfər. Bütün yaralananlar yanıq xəsarətləri alıblar və hazırda regional xəstəxanada müalicə olunurlar", - regional limanın Nəqliyyat Daşımaları İdarəsindən bildirilib.

Partlayışın səbəbi hələ də məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol