İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
İndoneziyada xilasetmə xidməti ikinci gündür Yava dənizində sərnişin gəmisinin qəzaya uğraması zamanı itkin düşən 130 nəfəri axtarır.
"Stabil.az"ın məlumatına görə, bu barədə yerli xilasetmə xidməti bildirib.
Son məlumatlara əsasən, əməliyyata 622 nəfər və təxminən 12 gəmi cəlb edilib.
Sentyabrın 14-ü səhər saatlarına olan məlumata görə, altı nəfər həlak olmuş, daha 107 sərnişin və ekipaj üzvü xilas edilib.
Göyərtəsində 243 nəfərin olduğu Virgo Transport 8 gəmisi həftə sonunda güclü fırtına zamanı itkin düşüb.
Hadisənin səbəbləri araşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




