İndoneziyada bərə qəzasında ölənlərin sayı 20-yə çatıb
İndoneziya sahillərində Yava dənizində "Virgo Transport 8" bərəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-ə çatıb.
"Stabil.az" bu barədə "Sinxua"ya istinadən xəbər verir.
Məlumata görə, daha 115 nəfər itkin düşüb, 108 nəfəri xilas etmək mümkün olub.
Xatırladaq ki, göyərtəsində 243 nəfərin olduğu bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Borneo adasındakı Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə gedirmiş. Gəmi, həmçinin 89 nəqliyyat vasitəsi daşıyırmış.
Səfər zamanı gəmi əlverişsiz hava şəraitinə düşüb, bundan sonra sentyabrın 13-də yerli vaxtla saat 02:00 radələrində onunla əlaqə kəsilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





