İndoneziyada 5,3 bal gücündə zəlzələ olub
18 Aprel 2026 09:18   18 Apr 2026 09:21 Paylaş

İndoneziyanın Sulavesi adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, fəlakətin episentri 100 mindən çox insanın yaşadığı Sinabang şəhərindən 112 km cənub-şərqdə, ocağı isə 113 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol