İndoneziya iqtisadiyyatı ötən il sabit artım nümayiş etdirib
İndoneziya iqtisadiyyatı 2025-ci ildə əvvəlki illə müqayisədə 5,11 faiz artım nümayiş etdirib.
"Stabil.az" xəbər verir ki, bu barədə İndoneziyanın Antara informasiya agentliyi ölkənin Statistika İdarəsinə istinadla məlumat yayıb. Hesabatda bildirilib ki, iqtisadi artım əsasən ev təsərrüfatlarının istehlakı və əsas kapital qoyuluşlarının artımı hesabına təmin olunub.
Qeyri-neft və qaz sektorunda ixracın artması da ümumi iqtisadi göstəricilərə müsbət təsir göstərib. Xüsusilə bitki yağları, dəmir və polad, elektrik avadanlıqları, eləcə də nəqliyyat vasitələrinin ixracında yüksək dinamika qeydə alınıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





