İlon Mask Texasda dünyanın ən böyük çip istehsalı müəssisəsini inşa edəcək
10 Avqust 2026 10:54   Paylaş

İlon Mask “SpaceX”in planları çərçivəsində Texasda dünyanın ən böyük çip istehsalı müəssisəsi olacaq Terafab zavodunun layihəsini təqdim edib.

"Stabil.az" xəbər verir ki, bu barədə sahibkar X sosial şəbəkəsində məlumat yayıb.

"Texasdakı Terafab Yer kürəsinin ən böyük və ən dəyərli binası olacaq", - Mask zavodun layihəsini əks etdirən videonu paylaşaraq yazıb.

"SpaceX"in saytında verilən məlumata görə, müəssisənin sahəsi təxminən 9,3 milyon kvadratmetr olacaq.

Terafab zavodunda istehsal ediləcək çiplərin insanabənzər Optimus robotlarında, Cybercab robotaksilərində, həmçinin "SpaceX"in kosmik məlumat emalı mərkəzlərində istifadə edilməsi planlaşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol