İlon Mask: ABŞ innovasiya etməsə, Çin yüksək texnologiyada lider olacaq
Sahibkar İlon Mask ABŞ-ın innovasiya sahəsində sürətli irəliləyiş göstərməsə, Çinin yüksək texnologiya sənayesində lider olacağını bildirib.
"Stabil.az"ın xarici mətbuata istinadən xəbər verir ki, bunu sahibkar İlon Mask deyib.
O, qeyd edib ki, süni intellekt, elektromobillərin istehsalı və humanoid robotlar sahəsində ABŞ yaxın illərdə ciddi irəliləyiş əldə etməsə, Çin tamamilə dominantlıq edəcək.
“Biz əlbəttə yalnız insan resursları ilə qalib gələ bilmərik; Çinin əhalisi ABŞ-dan dörd dəfə çoxdur. Amma məsələ təkcə əhalinin çoxluğunda deyil – Çin daha böyük həcmdə işi həyata keçirir və adambaşına düşən məhsuldarlıq nisbəti daha yüksəkdir”, – Mask bildirib.
O, həmçinin Pekinin nadir yeraltı metalları hasilatı sahəsindəki aparıcı mövqeyinə də diqqət çəkib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





