İlham Əliyev: Pakistanın İranın hücumunu qınaması Azərbaycan-Pakistan dostluğunun göstəricisidir
6 Mart 2026 13:06   06 Mar 2026 13:27 Paylaş

İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror Pakistan tərəfindən şiddətlə qınanılıb və bu, Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol