İlham Əliyev Malavi Prezidentini təbrik edib
6 İyul 2026 11:09   Paylaş

Azərbaycan Prezidenti İlham Əliyev malavili həmkarı Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol