İki ayda Azərbaycanın Ermənistana ixracının ümumi dəyəri 4,22 milyon dollar olub
17 Mart 2026 15:27   Paylaş

Yanvar və fevral aylarında ölkədən Ermənistana ixrac 4 milyon 220,3 min ABŞ dolları təşkil edib.

"Stabil.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,12 %-ni təşkil edib.

Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Bu ilin yanvar-fevral ayında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol