İbrahim Əliyev “Karvan-Yevlax”a transfer olunub
11 Avqust 2026 16:52   Paylaş

Futbolçu İbrahim Əliyev karyerasını “Karvan-Yevlax”ın heyətində davam etdirəcək.

"Stabil.az" bu barədə Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən bildirib.

27 yaşlı hücumçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Əliyev ötən il "Şəfa" klubunun formasını geyinib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol