Husilərin Bab əl-Məndəb boğazında gəmiyə hücumu nəticəsində 3 nəfər ölüb
Yəmən husilərinin Bab əl-Məndəb boğazında gəmiyə hücumu nəticəsində 3 heyət üzvü həyatını itirib.
"Stabil.az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.
Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.
Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





