Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanı tankerinə ballistik raketlərlə zərbə endirib
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus "Wafa" tankerinə bir neçə ballistik raketlərlə hücum həyata keçirib.
"Stabil.az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı hərəkatın nümayəndəsi Yəhya Sarianın videomüraciətinə istinadən məlumat yayıb.
"Bu son hücumu da nəzərə alsaq, iyulun 22-də dəniz blokadası başlayandan bəri qüvvələrimizin zərbələrinə məruz qalan Səudiyyə Ərəbistanının neft tankerlərinin ümumi sayı 8 çatıb", - o bildirib.
Qeyd olunub ki, Qırmızı və Ərəbistan dənizlərində geri dönməyə məcbur olan Səudiyyə Ərəbistanı tankerlərinin ümumi sayı 29-a çatıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





