Husilər İsrail hədəflərini raketlə vurub
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı bu gün İsraildəki hədəfləri raket atəşinə tutub.
"Stabil.az" xəbər verir ki, bu barədə "Asharq News" husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb", - məlumatda bildirilib.
Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




