Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirmək üzrədir
11 Sentyabr 2026 15:18   11 Sep 2026 15:55 Paylaş

Yəmənin cənub-qərbində mövqelərini gücləndirən husilər Bab əl-Məndəb boğazında nəzarəti tam ələ keçirmək üzrədir. Silahlı qruplaşma Qırmızı dənizdə yerləşən Məyyun adasını ələ keçirib.

"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, husilər, həmçinin əl-Xauxa və Zubab şəhərlərinə, həmçinin Böyük və Kiçik Haniş adalarına daxil olmaq üzrədirlər.

Eyni zamanda, husi qruplaşmasının sözçüsü Yəhya əl-Səri sosial media hesabında yaxın saatlarda genişmiqyaslı və fərqli hərbi əməliyyatın başlanacağını bildirib.

O, həmçinin qeyd edib ki, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçiliyin həyata keçirilməsi ilə bağlı hər hansı problem yoxdur. Yəhya əl-Sərinin sözlərinə görə, hərbi əməliyyatlar konkret hədəflərə qarşı həyata keçirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol