“Hüseyn Cavid” gəmisi təmir edilərək istifadəyə verilib
“AZCON Holding”ə məxsus “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin universal quru yük gəmisi “Hüseyn Cavid” təmir olunaraq yenidən fəaliyyətə başlayıb.
"Stabil.az" ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.
Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub, dizel generatorları isə yenisi ilə əvəz edilib. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə-qaynaq işləri görülüb.
Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra universal quru yük gəmisi yenidən istismara qaytarılıb. Uzunluğu 108,33, eni 16,74 metr olan “Hüseyn Cavid” gəmisi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





