Hücuma məruz qalan yük gəmisi Keşm adası yaxınlığında saya oturub
İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış “Mayuree Naree” adlı Tailand bayraqlı gəmi İran sahillərində saya oturub.
"Stabil.az"ın məlumatına görə, bu barədə "Tasnim" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına əsasən, gəmi Keşm adasının cənub hissəsində yerləşən Ramçah yaşayış məntəqəsinin akvatoriyasında saya oturub.
Heyətin vəziyyəti və ya ekipaj üzvlərinin mümkün təxliyəsi barədə hələlik məlumat yoxdur.
Gəmiyə hücum barədə daha əvvəl - mart ayında "Reuters" agentliyi məlumat vermişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





