Hörmüz boğazında Tailand gəmisinə hücum, 20 nəfər xilas edilib
11 Mart 2026 18:41   Paylaş

Tailand bayrağı altında üzən “Mayuree Naree” gəmisi Hörmüz boğazında hücuma məruz qalıb, nəticədə partlayış və yanğın baş verib, 20 nəfər xilas edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Tailandın Dəniz Departamentinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda ekipajın 20 üzvü xilas edilib, üç dənizçi itkin düşüb.

Ekipaj Oman hərbi dəniz donanması tərəfindən xilas edilib.

Agentliyin məlumatına görə, Yaxın Şərqdə gərginliyin başlanmasından bəri hücuma məruz qalan gəmilərin ümumi sayı 14-ə çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol