Hizbullah İsrail Müdafiə Ordusunun obyektlərini hədəfə alıb
24 Mart 2026 16:19   Paylaş

Livanın radikal "Hizbullah" qruplaşması İsrailin 5 obyektinə zərbələr endirib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qruplaşmanın hücum hədəfləri İsrail qoşunlarının cəmləşdiyi yerlər, radiolokasiya stansiyası və artilleriya mövqeləri olub.

Xüsusən də, Livanın cənubunda İsrail hərbçiləri raket atəşinə məruz qalıblar.

Bundan başqa, "Hizbullah" İsrailin artilleriya mövqelərinə zərbələr endirmək üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol