Hindistanın Assam ştatında daşqınlar can almaqda davam edir: 41 nəfər ölüb
Hindistanın şimal-şərqindəki Assam ştatında sel və daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə yüksəlib.
"Stabil.az" Hindistan mediasına istinadla xəbər verir ki, ölkə rəsmilərinin çərşənbə günü verdikləri məlumatlara görə, son 24 saat ərzində Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Ümumilikdə, təbii fəlakət bir həftə ərzində 41 nəfərin həyatına son qoyub. Məlumatda yeni ölüm hallarının ştatın beş rayonunda qeydə alındığı bildirilib.
Assam ştatının rəhbəri Himanta Bisva Sarma fəlakətdən 700 mindən çox insanın zərər çəkdiyini, üç nəfərin isə itkin düşdüyünü bildirib. O qeyd edib ki, belə geniş miqyasda güclü yağışlar və daşqınlar bölgədə ilk dəfədir baş verir.
Ştatın rəhbərliyi bütün departamentlərə ərazidə təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərməyi, normal həyat bərpa olunana qədər xilasetmə, bərpa və reabilitasiya işlərini sürətləndirməyi tapşırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





