Hindistanda turist mikroavtobusu qəzaya uğradı: 9 nəfər öldü
18 Aprel 2026 13:50   Paylaş

Hindistanın Tamilnad ştatının Valparay təpələrində turist mikroavtobusunun dağ yolundan dərəyə aşması nəticəsində doqquz nəfər ölüb.

"Stabil.az" bu barədə ANI agentliyinə istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat vasitəsində 13 turist olub. Dolama dağ yolundan enərkən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dərəyə düşüb.

Hadisə nəticəsində doqquz nəfər ölüb, daha dörd nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza yerinə təcili yardım xidmətləri çağırılıb, hadisənin səbəbləri araşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol