Hindistanda tunel partlayışında ölənlərin sayı 20-yə çatıb
Hindistanın şimal-şərqində tikilməkdə olan tuneldə metan qazının partlaması nəticəsində həlak olanların sayı 20 nəfərə yüksəlib.
"Stabil.az" Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Milli Hidroelektrik Enerji Korporasiyası tərəfindən inşa edilən 7 kilometrlik tuneldə baş verib. Partlayış zamanı tuneldə 25 nəfər olub. Onlardan 20-nin öldüyü təsdiqlənib, 5 nəfərin isə tuneldə qaldığı ehtimal edilir.
Enerji Korporasiyası bildirib ki, hadisəyə qayaların içərisində toplanmış metan qazının qəfil partlaması səbəb olub. Şirkət partlayışın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





