Hindistanda şiddətli yağışlar 60-dan çox insanın həyatına son qoyub
28 Sentyabr 2026 16:20   Paylaş

Hindistanın şimalında bir neçə gün davam edən güclü yağışlar nəticəsində 60-dan çox insan ölüb, onlarla insan yaralanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Hindistan mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 1 000-dən çox bina dağılıb.

Məlumata görə, şiddətli yağışlar artıq üç gündən çoxdur, davam edir və bir neçə rayonu su basıb.

Hindistanın şərqindəki Odişa ştatında da daşqın baş verib, 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol