Hindistanda güclü yağış və fırtına 27 nəfərin həyatına son qoyub
14 May 2026 13:59   Paylaş

Hindistanın Uttar Pradeş ştatında güclü yağış və fırtına nəticəsində 27 nəfər ölüb.

"Stabil.az" bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, ştatın bir çox bölgəsinə təsir edən güclü yağışlar, fırtına elektrik enerjisinin kəsilməsinə və nəqliyyatın hərəkətində problemlərə səbəb olub.

Əlverişsiz hava şəraiti elektrik dirəklərinin və ağacların aşması ilə nəticələnib, çoxlu sayda evə və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Səlahiyyətli orqanların rəsmilərinin ilkin qiymətləndirmələrə görə, güclü külək və toz fırtınaları səbəbindən Prayaqrajda 16, Bhadohidə 6 və Budaunda 5 nəfər ölüb.

Zərərin qiymətləndirilməsi və xilasetmə işləri davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol