Hindistan yerli hərbi dronlara milyardlarla dollar ayırır
3 İyun 2026 17:48   Paylaş

Hindistan bu il yerli istehsal olan hərbi dronlar üzrə dəyəri 2 milyard dollardan çox olan ən böyük sifarişini verə bilər.

"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, bunu Hindistan Dronlar Federasiyasının Prezidenti Smit Şah bildirib.

Onun sözlərinə görə, satınalma planları irəliləmiş mərhələdədir və tədarüklərin 18–24 ay ərzində həyata keçirilməsi gözlənilir. Yeni sifariş 30 milyard rupi (təxminən 313 milyon dollar) dəyərində qiymətləndirilən taktiki dronlar üzrə son dövlət müqavilələrinin dəyərini əhəmiyyətli dərəcədə üstələyəcək.

"Növbəti mərhələdə Hindistanda taktiki dronların satınalınması 200 milyard rupini və ya 2 milyard dolları aşa bilər", - S. Şah deyib.

O vurğulayıb ki, yeni sifarişlər təxirəsalınmaz əməliyyat ehtiyaclarını ödəmək üçün hazırlanmış sürətləndirilmiş satınalma proseduru ilə rəsmiləşdirilə bilər.

Özündə 550-dən çox şirkəti birləşdirən və hökumətlə sıx əməkdaşlıq edən sahə təşkilatının məlumatına görə, pilotsuz sistemlərə tələbatın artması davam edən qlobal və regional münaqişələrlə əlaqədardır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol