Hindistan yeni uzaqmənzilli qanadlı raketi uğurla sınaqdan keçirib
16 İyun 2026 12:36   Paylaş

Hindistan Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı quru hədəflərinə qarşı istifadə üçün hazırlanan LRLACM raketinin sınağını uğurla həyata keçirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaqlar Odişa ştatının Çandipur raket poliqonunda keçirilib.

Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib.

LRLACM aşağı hündürlükdə səsdən aşağı sürətlə uçur. Raket Amerikanın “Tomahawk” raketinin analoqu hesab olunur və quru qoşunları ilə hərbi dəniz qüvvələri üçün nəzərdə tutulub.

Hindistan raketinin maksimal uçuş məsafəsi 1500 kilometrə çatır. O, 300 kiloqrama qədər nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol