Hindistan–Kanada arasında neft-qaz sahəsində əməkdaşlıq genişlənir
Hindistan və Kanada neft-qaz sahəsində ticarətin həcmini artırmağı planlaşdırır.
"Stabil.az" xəbər verir ki, bu barədə yanvarın 26-da “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Kanada Hindistana mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükünü artırmaq öhdəliyi götürəcək. Bunun müqabilində isə Hindistandan neft məhsullarının idxalının genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, tərəflər energetika sahəsinə investisiyaların artırılması, eləcə də enerji sektorunun müxtəlif istiqamətlərində birgə əməkdaşlıqla bağlı razılaşmalar əldə etməyi planlaşdırır.
“Bloomberg” qeyd edir ki, bu addım Ottavanın ABŞ ilə ticarət münasibətlərində artan gərginlik fonunda ixrac bazarlarını şaxələndirmək istəyini əks etdirir. Eyni zamanda Kanada hökuməti Asiyanın iri iqtisadiyyatları ilə daha praqmatik əməkdaşlıq qurmağa çalışır.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Hindistan və Kanada mayeləşdirilmiş təbii qaz ticarətinin inkişafı, həmçinin neft-qaz kəşfiyyatı və hasilatı sahələrinə investisiyaların artırılması barədə razılığa gəlib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





